Cavid Paşayev yüksək vəzifəyə təyin edildi

15:02 - 26 May 2026

Cavid Paşayev yüksək vəzifəyə təyin edildi

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə yeni təyinat baş tutub.


Manset.az xəbər verir ki, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Cavid Nazim oğlu Paşayev təyinat alıb.

C.Paşayev müxtəlif illərdə ayrı-ayrı tibb müəssiələrində, o cümlədən 2022-2023-cü illərdə Yeni Klinikada direktor vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət göstərib.

Hazırkı təyinatına qədər isə “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.

C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az