Küləkli hava ilə bağlı xəbərdarlıq edildi

18:45 - 28 May 2026

Küləkli hava ilə bağlı xəbərdarlıq edildi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.


Manset.az xəbər verir ki, bununla bağlı qurumdan verilən məlumata görə, mayın 29-u axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi mayın 30-u gündüz saatlarına kimi davam edəcək:

"Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m. sonrakı inkişafda isə 3.5-5.5 m. çatacağı proqnozlaşdırılır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az