Sumqayıtda baş verən qəzada yaralananların SON VƏZİYYƏTİ 

14:07 - 30 May 2026

Sumqayıtda baş verən qəzada yaralananların SON VƏZİYYƏTİ 

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.


Manset.az-ın Oxu.az-a istinadən məlumatına görə, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı-Quba yolunun 64-cü km-də baş verən qəza ilə bağlı çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Yardım briqadası tərəfindən 2015-ci il təvəllüdlü şəxs (qadın cinsli) döş qəfəsinin qapalı zədəsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Tibbi xidmətlər göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra pasiyent ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında tibb müəssisəsindən buraxılıb", - deyə məlumatda bildirlir.

Qeyd edək ki, hadisə Yaşma bağları ərazisində baş verib. ATECO və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az