Polisə müqavimət göstərən sürücü saxlanıldı

23:59 - 01 İyun 2026

Polisə müqavimət göstərən sürücü saxlanıldı

Binəqədi rayonu ərazisində axtarışda olan “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsindən Manset.az-a bildirilib ki, mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən, konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.

Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyəti üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az