Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu 

15:50 - 02 İyun 2026

Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu 

Tanınmış sığorta mütəxəssisi Nicat Əlibəyli yenidən sığorta fəaliyyətinə qayıdıb. O, bu gündən etibarən "Profam" Sığorta Agentliyinin (insure.az) direktoru vəzifəsində fəaliyyətə başlayıb.


Manset.az xəbər verir ki, sığorta bazarında uzunmüddətli fəaliyyəti və ekspertliyi ilə seçilən N.Əlibəyli, müxtəlif sahələri əhatə edən 20 ilə yaxın zəngin ümumi peşəkar təcrübəyə malikdir. O, əvvəllər "Ata Sığorta" ASC-nin Bakı nümayəndəliyinin rəhbəri və "Azərbaycan Sənaye Sığorta" ASC-də satış şöbəsinin müdiri postlarında çalışıb.

Eyni zamanda, bir müddət dövlət sektorunda, o cümlədən Dövlət Məşğulluq Agentliyində rəhbər idarəçi kimi uğurlu fəaliyyət göstərib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının və BDU-nun məzunu olan ekspert, bundan sonra agentliyin inkişafı və yeni hədəfləri üçün komandaya rəhbərlik edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az