Zakir Həsənov Gürcüstanda hərbi obyektlərdə olub - FOTOLAR

20:22 - 02 İyun 2026

Zakir Həsənov Gürcüstanda hərbi obyektlərdə olub - FOTOLAR

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub.


Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili ilə birlikdə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasında olub.

Hərbi baza barədə ətraflı məlumat verildikdən sonra Azərbaycan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub və silahlara baxış keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az