logo
logo logo
logo

Afaq Bəşirqızının oğlu yeni vəzifəyə təyin edildi

18:01 - 09 İyun 2026

Afaq Bəşirqızının oğlu yeni vəzifəyə təyin edildi

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov yeni vəzifəyə təyin olunub.


Manset.az Editor.az-a istinadən xəbər verir ki, S.Təhməzova “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin Səlahiyyətli Nümayəndəsi vəzifəsi verilib.

Qeyd edək ki, Səmral Təhməzov 2001–2010-cu illərdə gömrük orqanlarında xidmət edib. 2010–2020-ci illərdə Bakı Beynəlxalq Kompleksində müxtəlif vəzifələrdə çalışıb. 2020–2024-cü illərdə isə Dövlət Gömrük Komitəsinin Tranzit şöbəsinin rəisi vəzifəsini icra edib. O, gömrük xidməti polkovniki rütbəsinə malikdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az