9-cu sinif şagirdindən uğurlu nəticə - FOTO

18:25 - 08 İyun 2026

9-cu sinif şagirdindən uğurlu nəticə - FOTO

Bakı İstanbul Liseyinin 9-cu sinif şagirdi təhsilini fərqlənmə ilə başa vurub. 


Manset.az-ın məlumatına görə, Eyvazlı Ahu Akif qızı 9 illik ümumi orta təhsil pilləsini böyük müvəffəqiyyətlə tamamlayıb. Nümunəvi davranışı və yüksək göstəriciləri ilə seçilən Ahu Eyvazlı orta məktəbin 9-cu sinfini fərqlənmə attestatı (Qırmızı attestat) ilə bitirib.

​Təhsil aldığı müddətdə dərslərinə qarşı nümayiş etdirdiyi məsuliyyət və intizam sayəsində müəllim kollektivinin və sinif yoldaşlarının rəğbətini qazanan şagird bu uğuru ilə həm ailəsini, həm də oxuduğu liseyi qürurlandırıb.

​Qeyd edək ki, Bakı İstanbul Liseyinin rəhbərliyi və müəllim heyəti də Ahu Eyvazlını bu nailiyyəti münasibətilə təbrik edib, ona növbəti təhsil pillələrində və gələcək həyatında yeni uğurlar arzulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az