logo
logo logo
logo

Bir dəqiqəlik qəzəbin bədənə verdiyi zərər - İmmun sistemi zəifləyir

01:30 - 10 İyun 2026

Bir dəqiqəlik qəzəbin bədənə verdiyi zərər - İmmun sistemi zəifləyir

Gündəlik həyatda yaşanan ani qəzəb partlayışlarının düşündüyümüzdən daha ciddi nəticələrə səbəb ola biləcəyi ortaya çıxıb. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yeni araşdırmaya görə, cəmi 60 saniyəlik güclü qəzəb belə immun sistemini 5 saata qədər zəiflədə bilər.

Alimlərin apardığı tədqiqatlar göstərir ki, qısa müddətli öfke epizodları orqanizmin müdafiə mexanizminə birbaşa təsir edir. Bu proses zamanı bədənin əsas müdafiə xətti sayılan İmmunoglobulin A (IgA) anticisimlərinin səviyyəsində sürətli azalma müşahidə olunub.

Mütəxəssislərin sözlərinə görə, qəzəb anında orqanizm kortizol və adrenalin kimi stress hormonlarını ifraz edir. Bu hormonlar "döyüş və ya qaç” reaksiyasını aktivləşdirərək immun sisteminin fəaliyyətini müvəqqəti olaraq arxa plana keçirir.

Araşdırma nəticələri göstərir ki, bu təsir təkcə qəzəb anı ilə məhdudlaşmır. Orqanizm stress vəziyyətindən çıxsa belə, immun sisteminin tam bərpası saatlar çəkə bilir və bu müddətdə bədən infeksiyalara qarşı daha həssas olur.

Mütəxəssislər xüsusilə infeksiyaların artdığı dövrlərdə emosional nəzarətin vacibliyini vurğulayır. Bildirilir ki, tez-tez qəzəb yaşayan insanlarda uzunmüddətli dövrdə bəzi xəstəliklərə yoluxma riski arta bilər.

Həkimlər ani qəzəb hallarında dərindən nəfəs almağı, qısa fasilə verməyi və dərhal reaksiya göstərməməyi tövsiyə edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az