Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın
əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı
Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil
işçilərinə TəhsilPlus kartları təqdim edilib və layihənin təqdim etdiyi
imkanlar barədə ətraflı məlumat verilib.
Təqdimat mərasimlərində Təhsilin İnkişafı Fondunun İdarə
Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini
Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və
digər qonaqlar iştirak ediblər.
Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid
Hidayətzadə çıxışında bildirib ki, müəllimlərə verilən dəyərin onların gündəlik
həyatlarında da hiss olunması vacibdir: "Biz təhsil haqqında danışanda əslində
gələcək haqqında danışırıq. Güclü təhsilin və uğurlu gələcəyin mərkəzində
müəllimlər dayanır. Ona görə də hesab edirik ki, müəllimlərə verilən dəyər
onların gündəlik həyatlarında da hiss olunmalıdır. TələbəPlus layihəsində əldə
etdiyimiz təcrübə göstərdi ki, təhsil sahəsinə yönəlmiş həllər insanların
gündəlik həyatında real fayda yarada bilir. TəhsilPlus da həmin yanaşmanın
davamıdır".
Tədbir zamanı iştirakçılara TəhsilPlus kartının təqdim
etdiyi imkanlar, tərəfdaş şəbəkələrində mövcud olan güzəştlər və üstünlüklər
barədə ətraflı məlumat verilib. Eyni zamanda bir qrup təhsil işçisinə
TəhsilPlus kartları təqdim olunub.
Tədbirdə bildirilib ki, TəhsilPlus kartı təhsil işçilərinə
müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər təqdim etməklə onların
gündəlik həyatına əlavə dəyər qazandırır. Layihənin gələcəkdə 450 minə yaxın
təhsil işçisini əhatə etmək potensialı mövcuddur.
Qeyd edək ki, TəhsilPlus layihəsi təhsil işçilərinin sosial
rifahına dəstək olmaq, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə
faydalanmasına imkan yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaq
məqsədi daşıyır.
Çıxışçılar tərəfindən qeyd olunub ki, TəhsilPlus kartı
təhsil işçilərinə müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər
təqdim etməklə onların gündəlik həyatına əlavə dəyər qazandırmağı hədəfləyir.
Layihənin gələcəkdə 450 minə yaxın təhsil işçisini əhatə etmək potensialı
mövcuddur. Layihənin məqsədi təhsil işçilərinin sosial rifahına dəstək olmaq,
onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına imkan
yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaqdır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı
sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.