logo
logo logo
logo

UFAZ tələbələri Huawei şirkətinin 2 beynəlxalq mükafatını qazandılar

16:48 - 11 İyun 2026

UFAZ tələbələri Huawei şirkətinin 2 beynəlxalq mükafatını qazandılar

Azərbaycanlı tələbələr 2–5 iyun tarixlərində keçirilmiş 10-cu Huawei ICT Competition Global Final yarışmasında uğurlu nəticə əldə ediblər.


Azərbaycan bu qlobal yarışmada ilk dəfə UFAZ-ın üç tələbəsi — Əsmər Əliyeva, Nəzrin Əliyeva və Ayan İsmayılova tərəfindən təmsil olunub. Onlar yarışmada uğurla iştirak edərək "Cloud Track" kateqoriyası üzrə dünya üzrə üçüncü yerə layiq görülüblər.

Bundan əlavə, tələbələrimiz "Women in Tech Award” mükafatını da qazanıblar.

Bu, Azərbaycan üçün çox mühüm nailiyyətdir. Belə ki, bu il yarışmada 100 ölkədən 131 komanda iştirak edib. Ümumilikdə isə dünyanın təxminən 2 000 universitet və təhsil müəssisəsindən 220 000-dən çox tələbə yarışmaya qatılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az