logo
logo logo
logo

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırır? - Araşdırma

01:30 - 12 İyun 2026

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırır? - Araşdırma

Evdə pişik saxlamaq allergiya olan uşaqlarda astma xəstəliyini ağırlaşdırmır. İsveçdə yerləşən Karolinska İnstitutunun alimləri 30 mindən çox gənc pasiyentin göstəricilərini araşdırdıqdan sonra bu nəticəyə gəliblər.


Manset.az-ın Oxu.az-a istinadən məlumatına görə, tədqiqatın əsas müəllifi Resti Putri bildirib ki, müşahidələr zamanı evində pişik olan və olmayan uşaqlar arasında astmanın ağırlıq dərəcəsi, kəskinləşmə halları, xəstəliyə nəzarət və ağciyərlərin fəaliyyəti baxımından eyni göstəricilər qeydə alınıb.

Mütəxəssis əlavə edib ki, ev heyvanlarının sayı, yaşı və ya cinsi heç bir ciddi fərq yaratmayıb. Tədqiqat qrupu 2023-cü ildən etibarən 2006-2020-ci illər aralığında dünyaya gələn, "astma" yaxud "tənəffüs orqanlarının allergiyası" diaqnozu qoyulmuş 4-17 yaş arası 30 277 uşağı izləməyə başlayıb. İkiillik müddət ərzində alimlər pasiyentlərin diaqnozlarını, təcili xəstəxanaya yerləşdirilmə hallarını, təyin olunan dərmanları, həmçinin spirometriya və digər nəzarət testlərinin nəticələrini qeydiyyata alıblar.

İsveçdə 2023-cü ildən etibarən pişiklərin qeydiyyata alınması məcburi xarakter daşıdığından, tədqiqatçılar hansı ailələrdə ev heyvanlarının yaşadığını dəqiq öyrənə biliblər. Məlum olub ki, tədqiqat iştirakçılarının 9.4 faizinin evində pişik var. Pişiklə təmasda olan uşaqların 9.6 faizində, təması olmayanların isə 10.1 faizində astmanın orta, yaxud ağır formasına rast gəlinib. Xəstəliyin kəskinləşməsi halları isə müvafiq olaraq 3.3 və 3.5 faiz təşkil edib. Spirometriya göstəriciləri yoxlanılan 1 428 uşaqdan ibarət kiçik qrupda da ağciyər fəaliyyəti ilə bağlı hər hansı ciddi fərq müşahidə olunmayıb.

Putrinin fikrincə, bunun əsas izahlarından biri pişik allergeninin evdən kənarda da mövcud olmasıdır: uşaqlar onunla məktəblərdə və ya ictimai nəqliyyatda təmasda ola bilərlər. Buna görə də qruplar arasında prinsipial fərq yoxdur. Tədqiqatçı qeyd edib ki, araşdırmada uşaqların həssas olduğu konkret allergenlər barədə məlumatlar nəzərə alınmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az