“Azərbaycan Hava Yolları”nın (AZAL)Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.
Manset.az xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb.
Bildirilib ki, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
Qeyd olunub ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.