Milli Qurtuluş Günü Azərbaycanın
müasir dövlətçilik tarixində mühüm mərhələ, ölkədə sabitliyin və inkişafın əsasını
qoyan tarixi bir gündür. Məhz bu dönüş sayəsində bu gün güclü və qüdrətli Azərbaycan
dövləti uğurla addımlayır. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda
şanlı tarixə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü xalqımız tərəfindən
böyük təntənə və coşqu ilə qeyd olunur.
Manset.az xəbər verir ki, bu əlamətdar gün münasibətilə Nizami rayonunda möhtəşəm bayram konserti təşkil edilib.
Tədbirdə sakinlər,
qonaqlar və geniş rayon ictimaiyyəti iştirak edib. Böyük ruh yüksəkliyi ilə
qarşılanan konsert proqramında respublikanın tanınmış müğənnilərinin ifasında vətənpərvərlik
və populyar mahnılar səslənib, rəngarəng rəqs nömrələri nümayiş olunub.