logo
logo logo
logo

Suriyadan gətirilmiş 23 nəfər sosial xidmət müəssisəsinə yerləşdirildi - FOTO

14:32 - 13 İyun 2026

Suriyadan gətirilmiş 23 nəfər sosial xidmət müəssisəsinə yerləşdirildi - FOTO

Azərbaycan Hökuməti tərəfindən Suriyadan repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla daha 23 Azərbaycan vətəndaşı Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.


Manset.az xəbər verir ki, bu barədə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.

Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaq.

Qeyd olunub ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az