logo
logo logo
logo

“Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - VİDEO

22:17 - 13 İyun 2026

“Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - VİDEO

Binada olan liftin biri sakinlərin istifadəsinə verilmir.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddia ilə Xətai rayonu ərazisində yerləşən və “İnter” MMC-yə məxsus olduğu bildirilən yaşayış binasının sakinləri çıxış ediblər.

Onların sözlərinə görə, üç liftdən biri yalnız müəyyən mərtəbələrə - 1, 2, 3, 4, 21, 22 və 23-cü mərtəbələrə xidmət göstərir.

Sakinlər bildirirlər ki, premium yaşayış kompleksi kimi təqdim olunan binada liftlərin keyfiyyəti və istifadəsi ilə bağlı ciddi narazılıqlar var. Bundan əlavə, zibil qablarının giriş qapılarının yaxınlığında yerləşdirilməsi də sakinlərin narahatlığına səbəb olur.

Bildirilir ki, istifadədə olan digər liftlərdə də tez-tez texniki nasazlıqlar yaranır.

Məsələ ilə bağlı şirkətin əməkdaşı olan İlqar adlı şəxs qeyd edib ki, sözügedən liftdə təmir işlərinə başlanılıb.

Daha ətraflı videomaterialda:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az