logo
logo logo
logo

Tanınmış jurnalistə yüksək vəzifə verildi 

00:07 - 16 İyun 2026

Tanınmış jurnalistə yüksək vəzifə verildi 
“Space" televiziyasına yeni bədii rəhbər təyin olunub.


Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə televiziyanın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"ın bədii rəhbəri vəzifəsinə gətirilib. 

42 yaşlı N.Qafuroğlu bu təyinat qədər ARB 24 televiziyasının baş prodüseri vəzifəsində çalışıb. 

Qeyd edək ki, mayın əvvəlində "Space"də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Həmin posta Ayaz Mustafayev təyin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az