logo
logo logo
logo

Taleh Qaraşov özünə yeni qadın müavin təyin etdi - FOTO

19:14 - 15 İyul 2026

Taleh Qaraşov özünə yeni qadın müavin təyin etdi - FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, İsmayılova Ülkər Şakur qızı icra başçısının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, Ülkər İsmayılova bu təyinata qədər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, həmçinin uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətinin aparatında dövlət qulluğu sahəsində fəaliyyət göstərərək bu istiqamətdə zəngin təcrübə qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az