Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Azər Məmmədrəhimov əmr imzalayıb.
Əmrə əsasən, Hüseyn Cəfər oğlu Əsgərli "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin direktoru vəzifəsinə təyin olunub.