logo
logo logo
logo

5 küçədə təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ

23:16 - 15 İyul 2026

5 küçədə təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ

Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə aşağıdakı küçələrdə təmir işlərinə başlanılır.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, iyulun 16-dan Nəsimi rayonu üzrə Ağadadaş Qurbanov küçəsində, Yasamal rayonu üzrə Şeyx Məhəmməd Xiyabani küçəsində, həmçinin Nizami rayonu üzrə Əliağa Kürçaylı küçəsində təmir işləri aparılacaq.

İyulun 17-dən isə Nizami rayonu ərazisində C.Naxçıvanski küçəsində (8-ci kilometr bazarının sağ və sol tərəfi), eləcə də Yasamal rayonu üzrə Ayna Sultanova küçəsində yol təmiri işlərinə start veriləcək.

Agentlikdən qeyd olunub ki, təmir işləri aparılan müddətdə işlərin gedişatına uyğun olaraq qeyd olunan yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az