logo
logo logo
logo

Bu ərazilərdə yeni “ASAN xidmət” mərkəzləri yaradılacaq - VİDEO

23:51 - 15 İyul 2026

Bu ərazilərdə yeni “ASAN xidmət” mərkəzləri yaradılacaq - VİDEO

“Azad olunmuş ərazilərdə - Ağdam, Cəbrayıl və Laçında növbəti "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır”.


Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Baku TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Şuşada artıq iki ildir “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir:

“Ağdam, Cəbrayıl və Laçında da xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bunlar regional mərkəzlər olacaq və ətraf rayonlara da xidmət göstərəcəklər”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az