Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında qeydə alınıb.
Belə ki, uşaq Tərtər rayonundan ağır vəziyyətdə gətirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, J. T-nin həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.