logo
logo logo
logo

Dondurma sevənlərin DİQQƏTİNƏ

08:30 - 19 İyul 2026

Dondurma sevənlərin DİQQƏTİNƏ

Yay mövsümündə ən çox istehlak olunan məhsullardan biri dondurmadır. Mütəxəssislər bildirirlər ki, dondurma alarkən ilk növbədə məhsulun saxlanma şəraitinə diqqət yetirmək lazımdır.


Manset.az Baku.ws-yə istinadən xəbər verir ki, əridikdən sonra yenidən dondurulan məhsullar həm keyfiyyətini itirir, həm də sağlamlıq üçün risk yarada bilər.

Bundan əlavə, qablaşdırmanın zədələnməməsi, istehsal və son istifadə tarixinin yoxlanılması vacibdir. Tərkibində təbii süd və qaymaq olan, süni qatqıları az olan məhsullara üstünlük verilməsi tövsiyə edilir.

Mütəxəssislər açıq satılan dondurmaların alındığı məkanın gigiyenik şəraitinə də diqqət yetirməyi məsləhət görürlər. Satış nöqtəsində məhsulun uyğun temperaturda saxlanılması və gigiyena qaydalarına əməl olunması qida zəhərlənməsi riskini azaldır.

Həmçinin dondurmanın həddindən artıq istehlakı, xüsusilə tərkibində yüksək miqdarda şəkər olan növlər, sağlamlığa mənfi təsir göstərə bilər. Bu səbəbdən porsiya miqdarına nəzarət etmək və etibarlı satış məntəqələrindən alış-veriş etmək tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az