logo
logo logo
logo

Onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi - Kino xadimləri bir araya gəldi 

11:48 - 23 İyul 2026

Onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi - Kino xadimləri bir araya gəldi 

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin 29 mart 2026-cı il tarixində qəfil vəfat etməsindən sonra İttifaqa yeni sədrin seçilməsi zərurəti yaranmışdır. Yeni seçkilər ərəfəsində qurumun yaradıcılıq fəaliyyəti, maliyyə vəziyyəti və digər mühüm məsələlər kino ictimaiyyəti və seçicilər üçün xüsusi əhəmiyyət kəsb etdiyindən, AKİ-nin üzvü olan bir sıra tanınmış kino xadimləri və görkəmli ziyalılar birgə bəyanatla çıxış edərək aidiyyəti dövlət orqanlarından seçki prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə və İttifaqın Nizamnaməsinə uyğun, şəffaf və obyektiv şəkildə keçirilməsi istiqamətində peşəkar dəstək göstərilməsini xahiş etmişlər.


Manset.az xəbər verir ki, buna baxmayaraq, İttifaqda “İcraçı katib” vəzifəsini tutan, son dövrlərdə isə sabiq sədrin verdiyi səlahiyyətlərdən istifadə edərək faktiki idarəçiliyi ələ keçirən Əli İsa Cabbarov qeyd olunan şəffaflıq prinsiplərini gözləmədən, məhdud sayda üzvlərin iştirakı ilə təcili toplantı keçirmiş və həmin toplantıda özünün “sədr” seçildiyini ictimaiyyətə bəyan etmişdir.

Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həmin toplantının qanunvericiliyin və İttifaqın Nizamnaməsinin tələblərinə uyğun keçirilmədiyi, kvorumun təmin olunmadığı və digər prosedur pozuntularına yol verildiyi müəyyən edilmiş, nəticədə sözügedən “seçki” legitim hesab edilməmiş, qəbul olunmuş qərarlar hüquqi qüvvəyə minməmiş və Əli İsa Cabbarovun “sədr” statusu təsdiqlənməmişdir.

Eyni zamanda, Azərbaycan Respublikasının Hesablama Palatası kino xadimlərinin və ziyalıların müraciətlərini nəzərə alaraq İttifaqın maliyyə fəaliyyətinin araşdırılmasına başlamışdır. Aparılmış yoxlamalar zamanı müəyyən edilmişdir ki, sədr səlahiyyətlərini mənimsəyən “icraçı katib”in rəhbərlik etdiyi dövrdə dövlət büdcəsindən AKİ-yə ayrılmış vəsaitlərin bir hissəsi İttifaqın Nizamnaməsinin tələblərinə zidd olaraq Katiblik və İdarə Heyəti ilə razılaşdırılmadan xərclənmişdir. Hesablama Palatasının İttifaqa təqdim etdiyi arayışda konkret faktlar əsasında dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin təyinatı üzrə istifadə olunmadığı və digər məqsədlərə yönəldildiyi göstərilmişdir.

Təəssüf ki, Əli İsa Cabbarov bu faktlardan nəticə çıxarmaq əvəzinə dövlət qurumlarının rəyini qəbul etməmiş, Hesablama Palatasının araşdırmasının əhəmiyyətini inkar etmiş, təcrübəli kino xadimlərinin və ziyalıların çağırışlarını nəzərə almamış, yenidən sədr vəzifəsinə yiyələnmək cəhdlərini davam etdirmişdir. Belə davranış dövlət institutlarının nüfuzuna, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqının cəmiyyətdə formalaşmış nüfuzuna xələl gətirməklə yanaşı, qanunun aliliyi və kollektiv idarəetmə prinsiplərinə uyğun hesab edilmir.

Diqqəti aşkar olunmuş maliyyə pozuntularından yayındırmağa yönəlmiş bu cür addımlar digər qanun pozuntularına dair şübhələrin yaranmasına da əsas verir.

Yaranmış vəziyyətlə əlaqədar keçirilmiş geniş tərkibli toplantıda 27 nəfərdən çox tanınmış kino xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri, Katibliyin üzvləri, Xalq artistləri, Əməkdar incəsənət xadimləri, Əməkdar artistlər, rejissorlar, ssenaristlər, operatorlar, kinoşünaslar və İttifaqın digər nüfuzlu üzvləri iştirak etmişlər. Toplantıda AKİ-də yaranmış mövcud vəziyyət ətraflı müzakirə olunmuş, mərhum Xalq artisti Rasim Balayevin uzun sürən xəstəliyi və sonradan vəfatı ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edilərək sədr səlahiyyətlərinin mənimsənilməsinin yolverilməz olduğu vurğulanmişdir,Müzakirələrin yekununda iştirakçılar yekdilliklə belə qənaətə gəlmişlər ki, “icraçı katib” Əli İsa Cabbarovun qanunvericiliyin və Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin tələblərinə zidd hesab edilən hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridirHazırda məsələ ilə bağlı müvafiq dövlət hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilmiş, baş vermiş hallara hüquqi qiymət verilməsi, qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılması və qanuni tədbirlərin görülməsi xahiş olunmuşdur.Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az