logo
logo logo
logo

Lənkəranın kanalizasiya sistemi yenilənir - FOTOLAR

13:53 - 05 Avqust 2026

Lənkəranın kanalizasiya sistemi yenilənir - FOTOLAR

Lənkəran rayonunun ən ciddi problemlərindən biri – kanalizasiya sisteminin yenilənməsi istiqamətində mühüm addımlar atılır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində işlərə artıq start verilib.


Manset.az xəbər verir ki, Səttərxan, Tofiq Aslanov, H.Z.Tağıyev və Koroğlu küçələrindən start götürən layihə üzrə tikinti-quraşdırma işlərinin miqyası yaxın günlərdə daha da genişlənəcək. Məlumat üçün bildirək ki, layihə çərçivəsində asfalt örtüyünün kəsilərək tullantı poliqonuna daşınması, müxtəlif növ qruntların qazılması və yararsız torpağın kənarlaşdırılması, kommunikasiya xətlərinin köçürülməsi və bərpası, habelə təmir işləri aparılan yolların ərazisində işlər bitəndən dərhal sonra asfaltlanmanın aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Lənkəran şəhərinin kanalizasiya sistemi ötən əsrin 50–60-cı illərində cəmi 20 min nəfərin tələbatını ödəmək məqsədilə inşa edilib. Sonrakı dövrdə şəhər və ətraf yaşayış məntəqələrinin əhalisi üç dəfədən çox artdığı üçün köhnəlmiş sistem mövcud tələbatı qarşılaya bilmir.

Kanalizasiya sisteminin yenidən qurulması şəhər və ətraf ərazilərin inkişafına, əhalinin yaşayış şəraitinin yaxşılaşmasına, ətraf mühitin qorunmasına, sosial-iqtisadi tərəqqiyə və bu sahədə mövcud olan çatışmazlıqların birdəfəlik həllinə mühüm töhfə verəcək. Aparılan tikinti-quraşdırma işləri müəyyən müddət ərzində müvəqqəti narahatlıqlar yarada bilər ki,  bu narahatlıqlar gələcəkdə şəhərin müasir və dayanıqlı kanalizasiya infrastrukturuna qovuşması, sakinlərin daha rahat və sağlam yaşayış şəraiti ilə təmin olunması naminə həyata keçirilir. Bu səbəbdən sakinlərimizdən görülən işlərə anlayışla və səbirli yanaşmaları xahiş olunur.

Kanalizasiya sisteminin yenidən qurulması Lənkəran sakinləri tərəfindən böyük məmnunluqla qarşılanır.

Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az