logo
logo logo
logo

Özəl bağçalara dövlət dəstəyi - Müsabiqənin şərtləri təsdiqləndi

12:00 - 06 Avqust 2026

Özəl bağçalara dövlət dəstəyi - Müsabiqənin şərtləri təsdiqləndi

Özəl bağçalara dövlət dəstəyi müsabiqəsinin şərtləri təsdiqləndi.


Manset.az xəbər verir ki, şərtlərə əsasən, dövlət dəstəyi almaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin layihələri 100 ballıq qiymətləndirmə sistemi ilə dəyərləndiriləcək. Qiymətləndirmə zamanı təhsil haqqının səmərəliliyi, təhsilalanların pedaqoji işçilərə nisbəti, müəllim heyətinin ixtisas uyğunluğu və iş təcrübəsi, lisenziyanın qüvvədə olma müddəti, müəssisənin özünümaliyyələşdirmə potensialı və digər meyarlar nəzərə alınacaq. Qaliblər ən yüksək yekun bal toplamış layihələr arasından seçiləcək.

Sənədə əsasən, müsabiqədə iştirak etmək istəyən özəl bağçalar üçün texniki və təşkilati tələblər də müəyyənləşdirilib. Belə ki, tədris otaqlarında müşahidə kameraları quraşdırılmalı, onların fasiləsiz fəaliyyəti təmin edilməli və kameralara dair giriş məlumatları Elm və Təhsil Nazirliyinə təqdim olunmalıdır.

Yeni tələblərin dövlət dəstəyi mexanizminin şəffaflığını artırmaq, məktəbəqədər təhsil müəssisələrində təhlükəsiz və keyfiyyətli təhsil mühitini təmin etmək, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlığı daha səmərəli təşkil etmək məqsədi daşıdığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az