logo
logo logo
logo

Səidə Bəkirqızına qarşı blogerin şikayəti yenə təmin edilmədi

18:58 - 06 Avqust 2026

Səidə Bəkirqızına qarşı blogerin şikayəti yenə təmin edilmədi

Avqustun 6-da Sumqayıt Apellyasiya Məhkəməsində bloger Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə apellyasiya baxışı keçirilib.


Manset.az xəbər verir ki, jurnalistin vəkili Yaqub Nəcəfli bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Şəhər Məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərarını qüvvədə saxlayıb.

Vəkilin sözlərinə görə, bununla da Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmə icraatına qəbul edilməmiş hesab olunub.

Yaqub Nəcəfli qeyd edib ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək şikayəti təmin etməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az