Gecə tez-tez oyanmaq təkcə səs-küy və ya narahat yataqla bağlı olmaya bilər. Terapevt Maksim Qubkanın sözlərinə görə, bunun arxasında gizli sağlamlıq problemləri də dayana bilər.
Manset.az-ın Milli.az-a istinadən məlumatına görə, həkim bildirib ki, gün ərzində kifayət qədər su içməmək və ya axşam həddindən artıq maye qəbul etmək yuxunun tez-tez bölünməsinə səbəb ola bilər. Bundan başqa, yüngül görünən oynaq və bel ağrıları, reflüks, bağırsaq problemləri kimi narahatlıqlar da gecə oyanmalarını artıra bilər.
Mütəxəssis əlavə edib ki, xroniki stres və narahatlıq hormonal balansı pozaraq gecə tez-tez oyanma, kabuslar və keyfiyyətsiz yuxuya yol aça bilər.