“Bizon”un təşkil etdiyi “13 həftə, 13 avtomobil” lotereya kampaniyası
çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub.
Lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajının qalibi
Salman Səmədov, VII tirajının qalibi Xanım Həmidova, VIII tirajının qalibi isə
Tamerlan Əsədov olub. Qaliblərə qazandıqları avtomobillər rəsmi şəkildə təqdim
edilib.
Qeyd edək ki, kampaniya çərçivəsində keçirilən bütün tirajlar canlı
yayımlanır və tam şəffaf şəkildə həyata keçirilir. İştirakçılar tiraj prosesini
real vaxt rejimində izləmək imkanı əldə edirlər.
“13 həftə, 13 avtomobil” kampaniyası davam edir və hər həftə 1 yeni
avtomobil oynanılır. Bu günədək artıq 8 avtomobil öz sahibini tapsa da, daha 5
avtomobil yeni qaliblərini gözləyir.
Lotereyada iştirak etmək üçün kampaniya şərtlərinə uyğun lotereya
dizaynlı “Bizon” məhsullarını əldə edib qapaq altındakı unikal kodları
promo.bizon.az saytında qeydiyyatdan keçirmək kifayətdir.
Qeyd edək ki, kampaniyanın əsas mükafat fondu 13 avtomobildən ibarətdir.
Tirajlar hər həftə canlı yayım vasitəsilə keçirilir və qaliblər təsadüfi seçim əsasında
müəyyən olunur.
Kampaniyanın şərtləri və iştirak qaydaları barədə ətraflı məlumatı
promo.bizon.az/rules ünvanından əldə etmək mümkündür.