logo
logo logo
logo

Ağdaşda İTV əməkdaşlarına hücumla bağlı araşdırma başladı - VİDEO

13:41 - 08 Avqust 2026

Ağdaşda İTV əməkdaşlarına hücumla bağlı araşdırma başladı - VİDEO

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır.


Manset.az xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.

Qeyd edək ki, hadisə vaxtı bir neçə şəxs şadlıq evinin qarşısında çəkiliş edən İTV əməkdaşlarına hücum edib.

Xatırladaq ki, 17 yaşlı yeniyetmənin valideynləri polisə dəvət olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az