Bakının Babək prospektində hərəkətin ortasında dayanan avtomobil diqqət çəkib.
Manset.az xəbər verir ki, “Chevrolet Cobalt” markalı avtomobil yolun hərəkət hissəsinin ortasında saxlanılıb.
Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılaraq hərəkətin fasiləsizliyi təmin edilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən sürücü barəsində məsuliyyət tədbirləri görülüb.