“IV Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Qarabağ Universitetində təşkil olunan infoturda iştirak edib və tədbirin təşkilinə dəstək göstəriblər.
Manset.az xəbər verir ki, infoturda Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə Təhsil sektorunun iştirakçısı Türkanə Məmmədova, Elm və Təhsil Nazirliyinin Protokol sektoru üzrə iştirakçısı Asiman Əhmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi üzrə iştirakçısı Hüseyn Quliyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə iştirakçı Şirinxanım Şeydayeva yer alıblar.
İnfoturun əsas məqsədi ictimaiyyəti Qarabağ Universitetinin fəaliyyəti, təhsil imkanları, müasir infrastrukturu və tələbələr üçün yaradılan şəraitlə yaxından tanış etmək olub.
İştirakçılar universitetin müxtəlif məkanlarını ziyarət edib, burada tədris prosesi və tələbə həyatı ilə bağlı məlumat əldə ediblər.
Tədbirin təşkilində “Maarifçi” proqramının iştirakçıları da fəal rol oynayıblar. Onlar infoturun təşkilati işlərinə, iştirakçıların yönləndirilməsinə və səfərin səmərəli keçirilməsinə dəstək göstəriblər.
Bu iştirak “Maarifçi” proqramının gənclərə təcrübə qazandırmaqla yanaşı, onların təhsil sahəsində həyata keçirilən təşəbbüslərə töhfə verməsinə də imkan yaratdığını nümayiş etdirib.