logo
logo logo
logo

Azərbaycanda ən bahalı ixtisaslar AÇIQLANDI

22:32 - 10 Avqust 2026

Azərbaycanda ən bahalı ixtisaslar AÇIQLANDI

2026/2027-ci tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrində bəzi ixtisasların illik təhsil haqları 8 min manatadək yüksəlir.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.

    Qeyd edilib ki, I ixtisas qrupu üzrə ən bahalı ixtisaslar arasında ADA Universitetinin bütün ixtisasları yer alır. Universitetdə illik təhsil haqqı 6 000 manat təşkil edir.

    Bakı Ali Neft Məktəbində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 4 500 manatdır.

    Xəzər Universitetində isə bütün ixtisaslar üzrə təhsil haqqı 4 500 manat təşkil edir.

    II ixtisas qrupu üzrə ən yüksək təhsil haqqı ADA Universitetində Maliyyə ixtisası üzrə müəyyənləşdirilib. Bu ixtisasda, ingilis dilində təhsil üçün illik ödəniş 8 000 manatdır.

    Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi və Maliyyə ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 4 500 manatdır.

    Xəzər Universitetində isə II qrup üzrə bütün ixtisasların illik təhsil haqqı 4 500, 5 000 və 5 500 manat arasında dəyişir.

    III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının illik təhsil haqqı 4 800 manatdır.

    ADA Universitetində Beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Kommunikasiya və rəqəmsal media ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 6 000 manat təşkil edir.

    Universitetdə Hüquqşünaslıq ixtisası üzrə illik təhsil haqqı isə 8 000 manatdır.

    IV ixtisas qrupu üzrə ən yüksək təhsil haqları Azərbaycan Tibb Universitetində müəyyənləşdirilib. Universitetdə ixtisaslardan asılı olaraq illik təhsil haqqı 4 500-5 000 manat arasında dəyişir.

    Xəzər Universitetində isə IV ixtisas qrupu üzrə bütün ixtisasların illik təhsil haqqı 4 500 manatdır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az