logo
logo logo
logo

Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi

16:50 - 12 Avqust 2026

Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycanın Milli Qəhrəmanı İbad Mösüm oğlu Hüseynliyə “Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi, 21” ünvanında 3 mərtəbədən ibarət qeyri-yaşayış binası tikməyə icazə verib.


Manset.az Yeniavaz.com-a istinadən xəbər verir ki, istehsalat binası olacaq obyektin tikintisinə 31 iyul 2026-cı il tarixli ETİ-78/26 saylı sənəd əsasında icazə verilib.

Qeyd edək ki, 7 iyul 2026-cı il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-4588/2026 saylı, həmçinin 19 iyun 2026-cı il tarixində tikinti layihəsinə dair 42155 saylı ekspertiza rəyləri verilib.

Bildirilir ki, tikintisinə icazə verilən obyektin tikinti sahəsi 687,88 kv. metr olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az