logo
logo logo
logo

İlin son Günəş tutulması başladı

20:14 - 12 Avqust 2026

İlin son Günəş tutulması başladı

Bu ilin ikinci və son Günəş tutulması başlayıb. Bu, tam Günəş tutulmasıdır.


Manset.az xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş tutulması Bakı vaxtı ilə 23:57-də başa çatacaq.

    Maksimum faza isə saat 21:46-da baş verəcək.

    Ümumilikdə təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.

    Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

    İlin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

    Günəş tutulmasını linkə daxil olaraq izləmək mümkündür.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az