logo
logo logo
logo

Şəkidə leysan yağdı: İstirahət mərkəzinə gedən yol çətinləşdi - VİDEO

11:59 - 13 Avqust 2026

Şəkidə leysan yağdı: İstirahət mərkəzinə gedən yol çətinləşdi - VİDEO

Dünən axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib.


Manset.az xəbər verir ki, hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobil selin gətirdiyi lil qatına bataraq yolda qalıb. Təhlükəli zonada sıxılıb qalan nəqliyyat vasitələri və sürüclər yerli sakinlərin köməyi ilə ərazidən təxliyə edilib.

Hazırda yolun çınqıl və lildən təmizlənməsi, hərəkətin bərpası üçün əraziyə ağır texnika cəlb olunub. Yolda qalan vətəndaşların təhlükəsiz daşınması üçün yüksək keçid qabiliyyətli yolsuzluq avtomobillərindən istifadə edilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az