logo
logo logo
logo

Lənkəranda bir gündə bir neçə yanğın - VİDEO

19:52 - 13 Avqust 2026

Lənkəranda bir gündə bir neçə yanğın - VİDEO

Lənkəran rayonunun bir neçə kənd və qəsəbəsində yanğın baş verib.


Manset.az-ın məlumatına görə, Lənkəran şəhərinin Mis və Şürük kəndləri, Liman şəhəri, eləcə də Nərimanabad-1 qəsəbəsində quru ot, yonca, kol-kos və quru ağaclar yanıb.

Ən böyük yanğın Nərimanabad qəsəbəsində qeydə alınıb.

Burada alov təxminən 30–50 hektar ərazini əhatə edib. Yanğının bir istiqamətinin yaşayış evlərinə doğru irəlilədiyi bildirilir.

Hadisə yerinə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və 102 nömrəli yanğından mühafizə bölməsinin əməkdaşları, həmçinin Masallı rayonundan texnika və canlı qüvvə cəlb olunub.

Ümumilikdə, bu gün Lənkəranda 6–7 ərazidə yanğın baş verdiyi bildirilir.

Yanğının isti və küləkli hava şəraiti səbəbindən baş verdiyi ehtimal olunur.


***

16:50

Bu gün saat 15:00 radələrində Lənkəran rayonunun 1 saylı Nərimanabad qəsəbəsi ərazisində yanğın başlayıb.


Manset.az xəbər verir ki, ilkin məlumata görə, yanğın 30–50 hektara yaxın quru ot və kol-kos sahəsini əhatə edib.

Ərazidə küləkli hava şəraiti alovun sürətlə yayılmasına səbəb olub.

Yanğının söndürülməsi üçün Lənkəran şəhəri və Liman qəsəbəsi ilə yanaşı, Masallı rayonundan da əlavə qüvvə və texnikalar əraziyə cəlb edilib.

Məlumata görə, yanğının bir istiqaməti artıq yaşayış evlərinə doğru irəliləyib. Hazırda alovla evlər arasında təxminən 15 metr məsafə qalıb.

Yanğından yaranan tüstü uzaq məsafədən də müşahidə olunur.

Hazırda yanğının lokallaşdırılması və alovun yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az