Qubada 4.9 maqnitudalı zəlzələ olub.
Manset.az Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb. O bildirib ki, təxminən 5 bala yaxın zəlzələ oldu. Yeraltı təkanlar ətraf ərazilərdə - Xınalıq, Siyəzən, Şamaxıda da hiss olunub:
"Azərbaycanda il ərzində 6-7 min zəlzələ qeydə alınır. Onlardan bəziləri hiss olunur, bəziləri isə yox. 7 və yuxarı maqnitudalı zəlzələlər dağıdıcı və təhlükəli hesab olunur. Lakin respublika ərazisində xırda təkanlar hər gün qeydə alınır. Amma narahatlığa əsas yoxdur. İnsanlar rahat yata bilərlər".