logo
logo logo
logo

"İnsanlar rahat yata bilərlər" - Qurban Yetirmişli

21:24 - 14 Avqust 2026

\"İnsanlar rahat yata bilərlər\" - Qurban Yetirmişli

Qubada 4.9 maqnitudalı zəlzələ olub. 


Manset.az Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb. O bildirib ki, təxminən 5 bala yaxın zəlzələ oldu. Yeraltı təkanlar ətraf ərazilərdə - Xınalıq, Siyəzən, Şamaxıda da hiss olunub:

"Azərbaycanda il ərzində 6-7 min zəlzələ qeydə alınır. Onlardan bəziləri hiss olunur, bəziləri isə yox.  7 və yuxarı maqnitudalı zəlzələlər dağıdıcı və təhlükəli hesab olunur. Lakin respublika ərazisində xırda təkanlar hər gün qeydə alınır.  Amma narahatlığa əsas yoxdur. İnsanlar rahat yata bilərlər".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az