İsrailin Livanın cənubunda yerləşən Ənsar qəsəbəsinə hücumunda 7 nəfər ölüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, İsrailin hava zərbələri qəsəbənin kənarında yaşayış evini hədəfə alıb, ölənlər arasında qadın və uşaqlar da var.
Üç nəfərin isə xəsarət aldığı bildirilib.
İsrail Müdafiə Qüvvələri (IDF) hücumun “Hizbullah” infrastrukturuna qarşı həyata keçirildiyini bildirib.