logo
logo logo
logo

Alimlərdən ürək sağlamlığı ilə bağlı 5 mühüm nəticə

08:00 - 18 Avqust 2026

Alimlərdən ürək sağlamlığı ilə bağlı 5 mühüm nəticə

Son araşdırmalar ürək-damar sağlamlığı ilə bağlı bir sıra maraqlı nəticələri ortaya çıxarıb.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, İsveç alimlərinin 30 illik araşdırmasına görə, pivə qəbul edən kişilərdə infarkt riski daha yüksək olub. Şərab qəbul edənlərdə isə ölüm göstəricisinin daha aşağı olduğu müşahidə edilib. Lakin tədqiqat səbəb-nəticə əlaqəsini sübut etmir.

Gündə bir ovuc qoz-fındıq yemək də yüksək təzyiq riskini azalda bilər. Araşdırmaya görə, gündə 30-35 qram qoz-fındıq qəbul edənlərdə hipertoniya riski 26 faizədək aşağı olub.

Alimlər həmçinin ürək xəstəlikləri riskini qiymətləndirərkən bel çevrəsinin bədən çəkisindən daha əhəmiyyətli göstərici ola biləcəyini müəyyənləşdiriblər. Qarın nahiyəsində artıq yağlanma ürək-damar xəstəlikləri riskini artırır.

Digər araşdırma isə güclü sosial münasibətlərin həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir etdiyini göstərib. Dostluq münasibətlərindən razı olan insanların sağlamlıq göstəriciləri daha yüksək olub.

Bundan başqa, alimlər bağırsaqda qanda şəkərin səviyyəsini izləyərək GLP-1 hormonu istehsal edə bilən genetik modifikasiya olunmuş bakteriyalar hazırlayıblar. Sistem hələlik heyvanlar üzərində sınaqdan keçirilib və gələcəkdə diabet və piylənmənin müalicəsində istifadə oluna bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az