logo
logo logo
logo

Generalın oğlu vəzifəsindən azad edildi

11:58 - 18 Avqust 2026

Generalın oğlu vəzifəsindən azad edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə vəzifəsindən azad edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Nazirin əmri ilə Qasımzadə öz arzusu ilə ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb.

Qeyd edək ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər eyni orqanda yüksək vəzifələrdə çalışıb. O, uzun müddət ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi işləyib. R.Qasımzadə özü isə 2 il əvvəl ədliyyə nazirinin müavini - penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi təyin edilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az