logo
logo logo
logo

MKA Gürcüstanla kibertəhlükəsizlik əməkdaşlığını müzakirə etdi

17:55 - 18 Avqust 2026

MKA Gürcüstanla kibertəhlükəsizlik əməkdaşlığını müzakirə etdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) ilə Gürcüstan Ədliyyə Nazirliyi yanında Rəqəmsal İdarəetmə Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.


Manset.az xəbər verir ki, görüş zamanı iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər MİSP-ə qoşulma, birgə təlimlərin təşkili və təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahəsində təcrübə və biliklərin paylaşılmasının hər iki qurum arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az