Azərbaycan
komandası Beynəlxalq İnformatika Olimpiadasında 3 bürünc medal qazandı.
9-16
avqust tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq
İnformatika Olimpiadasında (IOI-2026) Azərbaycanı təmsil edən məktəblilər
uğurla çıxış ediblər. Olimpiadaya qatılmış 157
nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Həsən Vəliyev, Fizika-Riyaziyyat
və İnformatika Təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov, həmçinin Bakı
Türk Anadolu liseyinin 11-ci sinif şagirdi Əhməd Qəmbərli bürünc medala layiq
görülüblər.
Qeyd edək ki, Azercell,
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu arasında
informatika üzrə milli yığmanın hazırlanması istiqamətində əməkdaşlıq 2017-ci
ildən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə
hazırlıq dərsləri təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq
prosesi dəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsində bilik və
bacarıqlarının inkişafına töhfə verilir.