logo
logo logo
logo

Şirkətdən “Pendirli Manqalüstü” sosisi ilə bağlı AÇIQLAMA

11:00 - 20 Avqust 2026

Şirkətdən “Pendirli Manqalüstü” sosisi ilə bağlı AÇIQLAMA

Son günlər bəzi istehlakçılar arasında “Halal Nemət, Min Bərəkət” brendinin “Pendirli Manqalüstü” sosisi ilə bağlı narahatlıq yaranıb. Bununla əlaqədar məhsulun istehsalçısı “Səhliyalı” şirkəti açıqlama verib.


Şirkətdən Manset.az-a bildirilib ki, sosisin tərkibində istifadə olunan holland pendiri Almaniyanın yüksək keyfiyyətli GAUDINA markasına məxsusdur.

Açıqlamada pendirin məhsulun daxilində əriyərək maye halına keçməsinin normal texnoloji proses olduğu qeyd edilib. Bildirilib ki, temperatur yüksəldikcə pendir əriyir.

Şirkətin məlumatına görə, məhsul 45 dəqiqə qurudulur, daha sonra 30 dəqiqə hisə verilir. Ardınca 75 dərəcə temperaturda 1 saat buxarda bişirilir və sobanın temperaturu 80 dərəcəyə çatdıqda məhsul sobadan çıxarılır.

“Pendirli Manqalüstü” sosinin tərkibinə mal əti, toyuq filesi, təbii süd, holland pendiri, yumurta, kərə yağı, bitki yağları (günəbaxan və qarğıdalı), nişasta, xörək duzu, natrium nitrit, kompleks qida əlavələri (E-450, E-621, E-316) və qarışıq ədviyyat ekstraktı daxildir.

Qeyd olunub ki, məhsulun tərkibində holland pendirinin payı 12 faizdir.

“Səhliyalı”dan bildirilib ki, istehsal olunan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun olaraq, həmçinin müəssisənin ISO 17025 beynəlxalq standartına uyğun akkreditə olunmuş laboratoriyasında yoxlanılır. Yoxlamalardan sonra məhsulların satışa çıxarılmasına icazə verilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az