Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) “Görməyə dəyər” sosial layihəsi çərçivəsində növbəti tibbi müayinə
“Referans Medical Group”un tərəfdaşlığı ilə “Abşeron” sağlamlıq və istirahət mərkəzində
təşkil olunub.
Manset.az xəbər verir ki, Həmkarlar ittifaqlarının mərkəzdə istirahət edən və
müalicə kursu keçən 67 üzvünün həkim-oftalmoloq tərəfindən ödənişsiz göz müayinəsi
aparılıb.
Müayinə zamanı görmə qabiliyyətində problem
aşkarlanan şəxslərə həkimlər tərəfindən zəruri tibbi məsləhətlər verilib və
müvafiq müalicə kursları təyin olunub.
Qeyd edək ki, vətəndaşların sağlamlığının
qorunmasına və xəstəliklərin erkən aşkarlanmasına xidmət edən “Görməyə dəyər”
sosial layihəsi çərçivəsində keçirilən tibbi müayinələr indiyədək 370-ə yaxın şəxsi
əhatə edib.