logo
logo logo
logo

Əməkdar jurnalist vəfat etdi

09:02 - 22 Avqust 2026

Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Qeyd edək ki, Nurani bir neçə ildir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.

O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, uzun müddət "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az