logo
logo logo
logo

Bu rayonlarda avtovağzal xidməti təşkil ediləcək

18:30 - 02 Sentyabr 2026

Bu rayonlarda avtovağzal xidməti təşkil ediləcək

Sentyabrın 4-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Azerbaijan Ground Services" MMC Kürdəmir və İmişli rayonlarında yeni avtovağzal xidməti təşkil edəcək.


Manset.az AYNA-ya istinadla xəbər verir ki, məqsəd bu rayonlardan paytaxta və ölkənin digər şəhər və rayonlarına sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsi, sərnişin məmnunluğunun daha da artırılmasıdır.


Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.

Vətəndaşlar biletləri "biletim.az" portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az