logo
logo logo
logo

Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq 

17:54 - 04 Sentyabr 2026

Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq 

“Bakı Metropoliteni”​ QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılacaq.


Manset.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar qəbul edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərar 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən qəbul olunub.

Bakı Şəhər İcra Hakimiyyəti və səhmdar cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az