logo
logo logo
logo

Təbiətə 199 min manatdan çox ziyan vurdular

18:31 - 04 Sentyabr 2026

Təbiətə 199 min manatdan çox ziyan vurdular

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Nizami rayonunun Özbəkistan və Şirin Mirzəyev küçələrində, Nəsimi rayonunun Novruzov qardaşları küçəsi 75 ünvanında, Yasamal rayonunun Mətbuat prospektində, Sumqayıt şəhərinin Səməd Vurğun və C.Cabbarlı küçələrində, eləcə də Nizami küçəsi ilə Polad Həşimov küçəsinin kəsişməsində, Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində və Salyan rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 199 620 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az